Separatçılar Donetsk aeroportunun 95 faizinə nəzarət edir
Bizi izləyin

Dünya

Separatçılar Donetsk aeroportunun 95 faizinə nəzarət edir

“Donetsk Xalq Respublikası”nın gücləri Donetsk aeroportunun 95 faizinə nəzarət edir.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə separatçı qurumun “baş naziri” Aleksandr Zaxarçenko bildirib.

“Biz aeroportun 95 faiz ərazisinə nəzarət edirik. Özünümüdafiə qüvvələrinin nəzarət etdiyi ərazilər ya neytral, ya da yeraltı kommunikasiyaların olduğu ərazilərdir”, - deyə “DXR”in “baş naziri” vurğulayıb.

Ukrayna ordusu isə bu gün bəyanat verib ki, aeroporta əvvəlki kimi tamamilə nəzarət edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm