Nida.az
Helen Klark: Bakıdakı beynəlxalq forum fikir mübadiləsi üçün geniş imkanlar verir
Bakıdakı Beynəlxalq Humanitar Forum məsələlərin geniş dairəsi üzrə fikir mübadiləsi üçün geniş imkanlar verir. Trend xəbər verir ki, bunu cümə axşamı Bakıda IV Beynəlxalq Humanitar Forumun açılışı zamanı BMT İnkişaf Proqramının (BMTİP) administratoru Helen Klark deyib.
Onun sözlərinə görə, BMTİP-in Azərbaycanla işi bir sıra innovasiya təşəbbüslərinin inkişafına yardıma yönəlib.
H.Klark qeyd edib ki, Azərbaycanda təbii sərvətlərin böyük ehtiyatları var. Onun sözlərinə görə, təbii sərvətlərin ölkənin və onun əhalisinin inkişafına yardım etməsindən ötrü məqsədyönlü siyasət vacibdir və Azərbaycan bu istiqamətdə mühüm addımlar atıb.
O, Azərbaycanı və ölkənin tərəfdaşlarını “Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi münasibəti ilə təbrik edib.
Klark qeyd edib ki, Azərbaycan digər zəngin təbii sərvətlərə malik ölkələrə zənginliyin insan potensialının inkişafına necə yardım edə bilməsində nümunə ola bilər. Azərbaycanda bir çox illər ərzində yoxsulluğun səviyyəsi azalır, sosial sahəyə investisiyalar qoyulur, əməkhaqqı artır: "Azərbaycanın inkişafı üçün insan potensialının səviyyəsinin artmasının xüsusi əhəmiyyətini dərk edərək biz bu məsələnin irəliləyişində ölkəni tamamilə dəstəkləyirik. Azərbaycanın inkişaf sahəsində başqa ölkələrlə təcrübə mübadiləsi üçün bütün imkanları var”.
Onun sözlərinə görə, BMTİP və Azərbaycan artıq ölkənin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Əfqanıstandakı həmkarlarına BMTİP-in Bakıda və Kabildəki ofisləri vasitəsi ilə dəstək göstərilməsində əməkdaşlıq edir: "Biz innovasiyaların birgə tətbiqi üçün Azərbaycanın çoxlu sayda imkanlarını görürük".
Klarkın sözlərinə görə, BMTİP fəaliyyəti vətəndaşlara dövlət xidmətinin göstərilməsinə istiqamətlənmiş "ASAN xidmət"in yaradılmasını alqışlayır.
BMTİP administratoru Azərbaycanda "ASAN" Xidmətin uğurlu fəaliyyətini qeyd edib və onun dövlət xidmətlərinin göstərilməsini modernləşdirmək niyyətində olan başqa ölkələrdə də maraq doğurduğunu əlavə edib.
Onun sözlərinə görə, bundan başqa Azərbaycan “Elekton hökumət”, neft gəlirlərinin idarə olunması, gənclər siyasəti və proqramlarının reallaşdırılması kimi sahələrdə unikal təcrübəyə malikdir.
İllik Bakı forumu bu il oktyabrın 2-3-də keçirilir. Oktyabrın 4-5-də isə respublikanın regionlarında – Naxçıvan, Lənkəran, Qəbələ və Qubaya turlar təşkil olunacaq.
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ