Türkiyə ordusunun “Süleyman Şah” planı - Detallar
Bizi izləyin

Dünya

Türkiyə ordusunun “Süleyman Şah” planı - Detallar

Suriyadakı Süleyman şah türbəsinə hər hansı bir hücum olmasa da, Türkiyə Silahlı Qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib.

Publika.az-ın verdiyi xəbərə görə, CNN Türk türbəyə hər hansı bir hücum olacağı halda, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirəcəyi planın detallarını öyrənə bilib.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri hücumla bağlı bütün ssenariləri nəzərə alaraq detallı bir plan hazırladı. Mümkün bir qarşıdurma və hücum vəziyyətində “Skorsky” və “Kobra” vertolyotları birlikdə hərəkət edəcək. “Skorsky”lar “bordo bereliler”i 20 dəqiqə ərzində bölgəyə yetişdirə biləcək.

Digər tərəfdən, mümkün bir hücum halında Hərbi Hava Qüvvələrinin qırıcıları təxminən 2 dəqiqəyə, tanklar isə yarım saat ərzində Süleyman şah türbəsinin olduğu əraziyə çatdırılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm