İran sanksiyadan sonra və indi
Bizi izləyin

Ekopublika.az

İran sanksiyadan sonra və indi

Məşhur “Forbes” jurnalı İranın sanksiyadan sonra neft bazarına qayıdışını təhlil edib.

Publika.az jurnala istinadən bildirir ki, İranın neft bazarı çevik və likvidlidir. İran neft ehtiyatlarının həcminə görə, dünyada dördüncü yerdə durur. Bundan əlavə, o, 10 ən böyük istehsalçıdan biri sayılır. Ölkə hasilatı əhəmiyyətli şəkildə artırmaq potensialına malikdir. Söhbət cari səviyyədən – 116 milyon ton çox neftdən gedir. Neft istehsalının artımında isə əsas sıxıntı sanksiyalardır. Sonuncu sanksiya 2011-ci ilin sonunda qəbul edilib. Artıq 2012-ci ilin ortalarında İranın neft istehsalı və ixracı əhəmiyyətli dərəcədə azalmışdı. BP-nin hesabatlarına görə, 2012-ci ildə İranın neft hasilatı 31 milyon ton azalsa da, 2013-cü ildə 11 milyon ton artır. Bundan əlavə, İranda ildə 5 milyon ton xam neftin istehsalı ilə bağlı böyük investisiya layihələri dayandırılır. Sərt iqtisadi sanksiyalar neft sektoruna dair investisiyalara, infrastruktura mənfi təsir edir.

Bildirilir ki, İranın neft sənayesində müsbətə doğru dəyişiklik 2013-cü ilin noyabrında İran, Rusiya, Çin, Fransa, Amerika və Böyük Britaniya arasında imzalanan “Birgə Fəaliyyət Planı”ndan sonra baş verdi. Artıq 2014-cü ilin birinci yarısında İran hasilatın sutkada 30 000-40 000 ton artdığını açıqladı. Bu da 2014-ci ildə ölkədə istehsalın ümumi həcminin 200 milyon tona çatmasına gətirib çıxara bilər.

Qaz bazarına gəlincə, burada oxşar cəhətlər var. İran dünyada isbat olunmuş böyük qaz ehtiyatlarına sahibdir. Lakin onların işlənməsi üçün böyük investisiyalara ehtiyac var. Hazırda İranın elə də böyük qaz ixracatı yoxdur. Türkiyəyə illik 8-10 milyard kubmetr qaz satır. Eyni həcmdə qazı da Türkmənistandan alır. Potensial qaz hasilatının artımı 2020-ci ildə 215 milyard kubmetr, 2030-cu ildə 260 milyard kubmetr, 2040-cı ildə 370 milyard kubmetr proqnozlaşdırılır. İran qazının xarici bazara çıxması üçün “Nabukko” yaşıl işıq ola bilər. O da məhz Amerika Rusiyanı bazardan uzaqlaşdırmaq naminə bu addımı atarsa, mümkündür.

Qeyd edilir ki, İran iqtisadiyyatının stabilləşməsi o zaman mümkündür ki, sanksiyalar tam aradan qalxsin. Bu halda ölkəyə investisiya axını baş tuta bilər. İndiki şəraitdə İran öz qazını və neftini rahat şəkildə dünya bazarına çıxara bilmir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm