"Azərsu"dan 500 min manatlıq məhkəmə iddiaları
Bizi izləyin

Qırmızı.az

"Azərsu"dan 500 min manatlıq məhkəmə iddiaları

“Azərsu” ASC 2014-cü ilin ötən dövrü ərzində içməli sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə borclu olan sahibkarlıq obyektlərinin məhkəməyə göndərilən sənədlərin siyahısını açıqlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Publika.az-a bildirib ki, ilin əvvəlindən debitor borcların ödənilməsi məqsədi ilə 91 qeyri-əhali qrupu üzrə abunəçilərin işi məhkəməyə verilib. Həmin obyektlərin borclarının ümumi məbləği 500 min manata yaxındır.

“Buraya restoran, zavod, müxtəlif fəaliyyət yönümlü sexlər və digər kommersiya obyektləri daxildir”.

A.Cəbrayıllı deyib ki, məhkəmələrdə “Azərsu” ASC-nin qaldırdığı iddiaların böyük əksəriyyəti təmin olunub:

“Bəzi məhkəmə işləri hələ ki davam edir. Ümidvarıq ki, yerdə qalan digər iddialar da təmin olunacaq”.

Qurum rəsmisi bir daha qeyri-əhali üzrə abunəçilərə xəbərdarlıq edib: “Bildirmək istəyirik ki, sudan istifadəyə görə borclu olan abonentlər borclarını tez bir zamanda ödəsinlər. Əks halda, onlara su verilişi dayandırılacaq və müvafiq hüquqi tədbirlər görüləcək”.


Amid Əyyuboğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm