Qırmızı.az
Bu mağazalarda istehlakçılara vaxtı keçmiş məhsul satılıb
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 18 müəssisədə istehlaka yararsız məhsullar aşkar edib. Publika.az-ın məlumatına görə, pozuntular xidmət tərəfindən keçirilən növbəti monitorinqlər zamanı aşkarlanıb.
Bakının Sabunçu rayonunda Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi,
ev 20 ünvanında Vüqar İbrahimova məxsus mağazada. Sumqayıt
şəhərində - 18-ci mikrorayon, ev 25 ünvanında Musaməddin Rəhimova
məxsus mağazada, Bərdə şəhərində -Tərtər şosesində Əli Qasımova
məxsus yeməkxanada, Qusar şəhərində
- L.Namət küçəsində Qarat Qaratova məxsus kafedə normativ texniki
sənədlərin tələblərinə uyğun olmayan malların, Bakının Binəqədi
rayonunda- 2-ci Mədən küçəsində Hamlet Abbasova məxsus mağazada,
Sabunçu rayonunda- Zabrat qəsəbəsi, İstixana Kombinatı, ev 1
ünvanında Fuad Nağıyevə məxsus mağazada,
Göygöl şəhərində- A.Kazımov və N.Tusi küçələrinin kəsişməsində
Ceyhun Mehdiyevə məxsus mağazada,- A.Kazımov küçəsində İcaməddin
Əliyevə məxsus mağazada, Qazax şəhərində- Ə.Şıxlınski küçəsində
Natiq Məşiyevə məxsus mağazada, Neftçala şəhərində- Nizami
küçəsində Elçin Əsgərova məxsus mağazada,
Bərdə şəhərində- Ü.Hacıbəyov küçəsində Fizuli Behbudova məxsus
mağazada, Ağcabədi şəhərində
- Ü.Hacıbəyli prospektində Heydər Hüseynova məxsus mağazada, Qusar
rayonunda Timiryazev qəsəbəsində Elxan Babayevə məxsus mağazada,
H.Əliyev prospektində Mirvari Xibabayevaya məxsus mağazada, Şabran
rayonunda- Pirəmsən kəndində Həzrətqulu Vəliyevə məxsus mağazada,
Şəki şəhərində- M.F.Axundov küçəsi, ev 70 ünvanında Elxan
İbadullayevə məxsus mağazada,Qax şəhərində- S.Qocayev küçəsində
Jalə Sultanlıya məxsus mağazada,Balakən şəhərində- S.Gözəlov
küçəsində Tofiq Bayramova məxsus mağazada saxlama müddəti ötmüş
malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!