Kürdlərdən şok iddia – O, Finlandiyaya qaçdı
Bizi izləyin

Dünya

Kürdlərdən şok iddia – O, Finlandiyaya qaçdı

Kürd qruplarla “İslam Dövləti” (İŞİD) arasında günlərdir davam edən qarşıdurmalardan sonra strateji əhəmiyyətə sahib olan Zorava Təpəsi İŞİD-in əlinə keçib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə kürdlərə yaxın saytlardan biri bildirib.

Kürd internet saytı həmçinin PKK-nın Suriya qolu olan PYD-nin rəhbəri Saleh Müslimin qaçdığını xəbər verib. Məlumatda onun Finlandiyaya qaçdığı bildirilir.

Saleh Müslim Suriyadakı 3 böyük kantonun bir nömrəli idarəçisi olaraq tanınırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm