Kobanidə 1294 terrorçu öldü: İŞİD geri çəkilir
Bizi izləyin

Dünya

Kobanidə 1294 terrorçu öldü: İŞİD geri çəkilir

Terror təşkilatı ələ keçirtmək istədiyi Kobani şəhərində böyük zərbə alıb. Bir ay içində döyüşlərdə 1294 nəfər yaraqlıları öldürülüb.

Publika.az “tgrthaber”ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi, Kobani yaxınlığında çoxlu sayda İŞİD (İraq Şam İslam Dövləti) yaraqlısının öldürüldüyünü açıqlayıb. Kobani ətrafındakı yaraqlılarının sayı artdığından, son vaxtlar hava hücumlarının intensivləşdiyini deyən Kirbi qeyd edib: “Dəqiq rəqəm demək çətindir. Ancaq ehtimallarımıza görə, Kobanidə və ətrafında yüzlərlə İŞİD döyüşçüsü ölüb”.

Kirbinin dəqiq deyə bilmədiyi ölü sayını Kobanidəki kürd səlahiyyətli İdris Nassan açıqlayıb. Son bir ay içərisində toqquşmalarda 1294 nəfər İŞİD yaraqlısının öldürüldüyünü bildirən Nassa deyib: “Son bombardmanlar İŞİD-ə böyük zərbə olub. Geri çəkilməyə başlayıblar. Kobaninin 20%-i İŞİD-çilərin əlindədir”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm