Həccdən dönən qadın Ebola şübhəsilə nəzarətə götürüldü
Bizi izləyin

Dünya

Həccdən dönən qadın Ebola şübhəsilə nəzarətə götürüldü

Türkiyədə Həcc ziyarətindən qayıdan bir qadın Ebola şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Publika.az-ın məlumatına görə, hadisə Diyarbəkirdə baş verib. Diyarbəkir hava limanında qəfil səhhəti pisləşən 66 yaşlı K.B. nəzarətə götürülərək təcili yardımla Qazi Yaşargil xəstəxanasına yerləşdirilib. Təhlükəsizlik baxımından xəstəxana dərhal boşaldılıb, qəbul dayandırılıb.

Diyarbəkir İctimai Xəstəxanalar Birliyinin baş katibi Murat Kanğın qadının xədtəxanada nəzarətə götürüldüyünü bildirib. Onun sözlərinə görə, həkimlər qadının ebola yoluxduğunu güman etmirlər. Buna baxmayaraq analizlərin cavabı gələnən qədər onun nəzarətdə saxlanılacağı ildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm