FHN: Binəqədidə partlayıcı qurğular aşkarlandı
Bizi izləyin

Qırmızı.az

FHN: Binəqədidə partlayıcı qurğular aşkarlandı

Binəqədidə partlayıcı qurğular aşkar edilib.

Publika.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda 2 ədəd partlayıcı qurğu aşkarlanmışdır. Nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Mütəxəssislər aşkarlanmış qurğulara baxış keçirmişlər. Müəyyən olunub ki, bu qazma işlərində istifadə olunan istifadəyə yararsız 2 ədəd atım fraqmentidir. Qurğular aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməyiblər.

Əməliyyat saat 01:25-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm