Nura Surinin Aygünlə bağlı səhvi
Bizi izləyin

Tabloid.az

Nura Surinin Aygünlə bağlı səhvi

Sosial şəbəkədə yazdığı şərhlərlə xalq artisti Aygün Kazımovanın nişanlanması xəbərini yalanlayan müğənni Nura Suri səhv edib. Müğənni bu gün səhər həmkarı Aygün Kazımovanın Fikrət adlı nişanlısının əslində İstanbulda yaşayan rəfiqəsi Nigarın əri İmraz olduğunu iddia etmişdi.

Lakin bu açıqlamasından sonra rəfiqəsi Nigar ona zəng edib və yanıldığını bildirib:

"Nigar zəng vurub deyir ki, bu onun əri İmraz deyil. Sadəcə bir-birlərinə bənzəyirlər."

Nura Suri onun yazdıqlarının xəbər kimi verilməsindən də narazılığını elə yenə də sosial şəbəkələrdə bildirib:

"Nə yazıblar və niyə? Saytlar artıq şərhləri də xəbər yazırlar? Nə isə, onların məlumatları doğru deyil!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm