"Xəzər Lənkəran" "Bakı"ya qarşı YENİLƏNİR
Bizi izləyin

İdman

"Xəzər Lənkəran" "Bakı"ya qarşı YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, son oyun günündə bir matç keçiriləcək. Lənkəran şəhər stadionunda "Xəzər Lənkəran" və "Bakı" komandaları qarşılaşacaq.

Qeyd edək ki, oyun saat 17:00-da başlayacaq.

19 oktyabr

17:00. “Xəzər Lənkəran” – “Bakı”
Hakimlər:
Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov
Lənkəran şəhəri. “Xəzər Lənkəran” mərkəzi stadionu.

18 oktyabr

“İnter”- “Simurq” - 0:0
Hakimlər:
İnqilab Məmmədov, Munis Abdullayev, Coşqun Həsənov, Ziya Nəsirov
Bakı. “İnter Arena”.

“Araz Naxçıvan” – AZAL - 2:2
Qollar:
Rəşad Abdullayev, 24-pen (0:1), David Janelidze, 44 (1:1), Konseysao Eduardo, 49 (1:2), Bəxtiyar Soltanov, 63 (2:2)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Teymur Fərhadov
Naxçıvan Muxtar Respublika stadionu.

17 oktyabr (cümə)

“Qarabağ” – “Qəbələ” - 2:0
Qollar:
Vüqar Nadirov, 45+2 (1:0), Reynaldo, 90-pen (2:0)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
Tofiq Bəhramov adına Respublika stadionu.

“Sumqayıt” – “Neftçi” - 0:1
Qol:
Ernest Nfor, 12 (0:1)
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev
Sumqayıt şəhər stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm