Yeniyetmə məhkumlar Bakı gəzintisində - FOTO
Bizi izləyin

Qırmızı.az

Yeniyetmə məhkumlar Bakı gəzintisində - FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidməti yetkinlik yaşına çatmayan məhkumları Müstəqillik Günü ilə əlaqədar şəhər gəzintisinə çıxarıb.

Penitensiar xidmətin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yeniyetmələr – Məmmədov Məhərrəm və Məhərrəmov Əliyarın xahişləri nəzərə alınaraq gəzintidən əvvəl Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət edilib.

Şəhərimizin tarixi abidələri olan İçəri şəhər və Qız qalasına ekskursiyadan, eləcə də yeni sima almış Milli Parkda gəzintidən və bədii filmə tamaşadan sonra Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumların xidmət əməkdaşlarının müşaiyəti ilə müəssisənin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərdə iştirakına şərait yaradılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm