Facebook ABŞ-dan zəmanət tələb edir
Bizi izləyin

Texnoloji

Facebook ABŞ-dan zəmanət tələb edir

“Facebook” sosial şəbəkəsi ABŞ Narkotiklərlə Mübarizə İdarəsindən (DEA) idarənin apardığı təhqiqatlar çərçivəsində saxta hesablardan istifadə etməməsinə zəmanət tələb edib.

Publika.az-ın məlumatına görə, sosial şəbəkənin təhlükəsizlik xidmətinin rəisi Co Sallivan “DEA” administrasiyasına ünvanladığı məktubda bildirib ki, hüquq-mühafizə orqanları digər istifadəçilər kimi eyni qaydalara riayət etməlidir. Xidmət rəisi vurğulayıb ki, qaydalara yalan informasiyadan istifadədən imtina daxildir.

C.Sallivan “DEA”-ya məktubu Nyu-York sakini olan qadının şikayətindən sonra göndərib. Qadın deyib ki, idarə agentləri onun adından və fotoşəklindən istifadə edərək saxta səhifə yaradıblar.

Qadının sözlərinə görə, fotoşəkillər 2010-cu ilin iyulunda onun narkotik saxlamasına görə həbsi zamanı mobil telefonun yaddaşından götürülüb. Saxta səhifədən “DEA”-nın apardığı təhqiqat zamanı istifadə olunub. Zərərçəkmiş mənəvi ziyana görə 250 min dollar tələb edir.

ABŞ Ədliyyə Nazirliyi insidenti araşdıracağını bildirib. Bununla belə, nazirlik nümayəndəsi Brayan Fellonun qeyd edib ki, bu, bizim federal hüquq-mühafizə orqanları arasında geniş yayılmış praktika deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm