Ukrayna son iki gündə 100-dən çox hərbçi itirib – Şok iddia
Bizi izləyin

Dünya

Ukrayna son iki gündə 100-dən çox hərbçi itirib – Şok iddia

Ukraynanın təxminən 200 əsgəri separatçılar tərəfindən Luqansk vilayətinin Baxmutka yaşayış məntəqəsi yaxınlığında mühasirəyə alınıb.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə separatçıların “Novorossiya” agentliyi bildirib.

Məlumata görə, mühasirəyə alınanların yarısı öldürülüb və yaralanıb.

Xatırladaq ki, 18 oktyabr tarixində də Baxmutko yaxınlığında 100-dən çox Ukrayna hərbçisinin mühasirəyə alındığı və əsir götürüldüyü barədə xəbər yayılmışdı. Bu barədə Luqansk vilayəti dövlət administrasiyasının sədri Gennadi Moskal bildirmişdi. Moskal əlavə etmişdi ki, Ukrayna ordusuna hücum edən “Don qoşununun 32-ci kazak alayı”nin döyüşçüləridir.

Ancaq həm Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası, həm də president Pyotr Poroşenko informasiyanı təkzib etdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm