Livan Suriyalı qaçqınlardan imtina etdi
Bizi izləyin

Dünya

Livan Suriyalı qaçqınlardan imtina etdi

Livan vətəndaş müharibəsinə görə, Suriyadan köçən qaçqınların ölkəyə girişini qadağan edib.

Publika.az xəbər verir ki, Livan hökuməti qaçqınların çoxluğunu əsas gətirərək sərhəd qapısının Suriyalıların üzünə bağlandığını elan edib.

"Bundan sonra Suriya sərhədlərimizdən qaçqın daxil olmasını istəmirik. Sadəcə müəyyən şərtlər daxilində qaçqın qəbul edə bilərik. Bu barədə BMT-yə də lazım olan məlumatlar verilib", - Livanın sosial işlər naziri Raşid Derbes əlavə edib.

Qeyd edək ki, Livanda rəsmi qeydiyyatdan keçmiş 1 milyin 100 min Suriyalı qaçqın var. 1 milyondan çox Suriyalı qaçqının isə qeyri-qanuni yollarla ölkəyə daxil olduğu bildirilir. Ümumilikdə isə 4 milyona yaxın əhalisi olan Livanda 2 milyondan çox Suriyalı, 500 min Fələstinli qaçqın var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm