Kiyevdən Moskvaya yeni təklif
Bizi izləyin

Dünya

Kiyevdən Moskvaya yeni təklif

Ukrayna Rusiyadan aldığı təbii qaz üçün qış-yay ödəniş sistemi təklif edir.

Publika.az-ın uninan.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna baş naziri Arseniy Yasenyuk bildirb.

Onun sözlərinə görə, qazın hər min kubmetrin qiyməti üçün qış aylarında 385, yay aylarında isə 325 dolların müəyyənləşməsi düzgün olardı.

“Yayda qiymət düşür, qışda isə qiymət artır. Qış dövründə 385 dollar olması düzgün olardı. Bu hər halda 500 dollardan daha yaxşıdır. Belə ki, məhz bu qiymətə qazın alınması marədə müqavilə imzalamışdıq”, - deyə baş nazir qeyd edib.

Baş nazir bildirib ki, qazın çatdırılması və qaz üçün ödəniş şərtləri haqqında müvəqqəti razılaşma imzalanmadan qaz məsələsini həll etmək mümkün olmayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm