İlir Metanın səfər proqramı açıqlandı
Bizi izləyin

Nida.az

İlir Metanın səfər proqramı açıqlandı

Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Publika.az xəbər verir ki, 3 gün davam edəcək səfər çərçivəsində heyət bu gün Fəxri Xiyabanda Heydər Əliyev məzarını ziyarət edəcək, Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyacaq.

Həmçinin Albaniya parlamentinin sədri İ. Meta öncə Milli Məclisin sədri Oqtay Əsədovla təkbətək, daha sonra isə geniş tərkibli görüş keçirəcək. Nümayəndə heyətinin baş nazir Artur Rəsizadə ilə görüşü də planlaşdırılır. Daha sonra Dövlət Bayrağı Meydanı Kompleksi ilə tanış olacaq Albaniya parlamentinin sədrinin şərəfinə O. Əsədov tərəfindən rəsmi ziyafət veriləcək.

Oktyabrın 21-də Albaniya parlamentinin sədrinin xarici işlər naziri Elmar Məmmədyarovla və Bakı Dövlət Universitetinin rəhbərliyi ilə görüşü, İçərişəhərlə tanışlığı nəzərdə tutulub.

Oktyabrın 22-də isə Albaniya nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olacaq. Bununla da Albaniya nümayəndə heyətinin Azərbaycana rəsmi səfər proqramı başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm