Qırmızı.az
Bələdiyyə sədri döyüldü, məmur işdən çıxarıldı…
Masallıda Gəyəçöl bələdiyyə sədri Bəybala Əsədovu döyən sahibkar İlham Abışovun ölkədən çıxışına qadağa qoyulub.
Axar.az-a məlumat verən qaynağımız deyir ki, sahibkara faktla bağlı cinayət işi açılıb, hazırda istintaq gedir və ölkədən kənara çıxması yasaqlanıb. Amma Rusiya vətəndaşı olan İlham Abışov məsuliyyətə cəlb olunmayıb və barəsində həbs qətimkan tədbiri seçilməyib.
Əldə etdiyimiz xəbərə görə, sahibkarın bələdiyyə sədrini döyməsinin səbəbi gizli torpaq satışı ilə bağlı mübahisə olub. Mənbəmiz əlavə edir ki, torpaq alverində barmağı olduğu iddia edilən Gəyəçöl icra nümayəndəsi Elman Rəhimov artıq işdən azad edilib.
Xatırladaq ki, bələdiyyə sədri Bəybala Əsədovla Rusiya vətəndaşı olan sahibkar İlham Abışov arasında torpaq üstündə düşən mübahisə davaya çevrilib və bələdiyyə sədri ölümünə döyülüb. B.Əsədov ölümcül halda Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sakinlər qeyd ediblər ki, B.Əsədovu döyən İlham Abışov həm də Gəyəçöl kəndində şadlıq evinin sahibidir.
Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Asif Əliyev Axar.az-a açıqlamasında B.Əsədovun döyülməsi faktını təsdiqləmişdi.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!