Fransada müsəlman qadını teatrdan qovdular
Bizi izləyin

Dünya

Fransada müsəlman qadını teatrdan qovdular

Parisin “Bastiliya” teatrından müsəlman qadın qovulub.

Məsələ ondadır ki, qadın qara çadrada imiş və niqab altından onun yalnız gözləri görünürmüş.

Publika. az “AFR” agentliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 3-də baş versə də, təfərrüatları ictimaiyyətə bu gün açıqlanıb.

Opera teatrının müdir müavini Jan-Filip Tele bildirib ki, “Traviata” əsərinin ikinci hissəsi oynanılarkən, ona dirijorun arxa hissəsində, ilk sıralarda çadralı qadının oturması xəbərini veriblər.

Aktyorlar belə tamaşaçının qarşısında oxumaq istəmədiklərini bildiriblər.

Fasilə vaxtı polis inspektoru çadralı qadına yanaşaraq opera teatrını tərk etmək məcburiyyətində olduğunu bildirib. Qadın əriylə ərəb ölkələrindən turist kimi gəlib.

Qeyd edək ki, 2011-ci ildə qəbul edilmiş yeni qaydalara görə, ictimai yerlərdə niqab taxmaq yasaqlanıb. Qanunu pozanlar 150 avro cərimə edilir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm