Qırmızı.az
Bakıda avtomobil oğurlayan dəstə zərərsizləşdirildi
Bakıda avtomobil oğurlayan dəstə zərərsizləşdirildi.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə. İdarənin və Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıranlar - Bakı şəhər sakinləri 1997-ci il təvəllüdlü Fərid Əsgərov, 1996-cı il təvəllüdlü Əziz Quliyev və 1995-ci il təvəllüdlü Mirsaleh Axundov oktyabrın 18-də Maştağa qəsəbəsi Nizami küçəsində avtomobili ön hissəsi əzik vəziyyətdə idarə edərkən tutulublar.
Araşdırma zamanı müəyyən edilib ki, Fərid Əsgərov bundan başqa Sabunçu qəsəbə sakinləri 1993-cü il təvəllüdlü Emil Muradov, 1996-cı il təvəllüdlü Qüdrət Əliyev, 1995-ci il təvəllüdlü Nicat Abdullayev və 1988-ci il təvəllüdlü Vasif Baxşıyev ilə birlikdə sentyabrın 26-na keçən gecə Maştağa qəsəbəsi H.Abbasov küçəsində, orada yaşayan Şöhrət Zülfüqarova məxsus «VAZ-2102» markalı avtomobili qaçırmış və saat 15 radələrində avtomobil B.Dadaşov küçəsində tam yanmış vəziyyətdə aşkar edilib. Onlar sentyabrın 27-də Maştağa qəsəbəsi Savalan yaşayış sahəsindən Kürdəmir rayon sakini Yalçın İsmayılova məxsus «VAZ-21011» markalı avtomobili qaçırmışlar və maşın Maştağa qəsəbəsi Nizami küçəsində tam yanmış vəziyyətdə aşkar edilib.
Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, cinayətin digər iştirakçıları olan E.Muradov, Q.Əliyev, N.Abdullayev və V.Baxşıyev də yaxalanıblar.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...