Bakıda "Mercedes" aşdı, ölən və xəsarət alanlar var
Bizi izləyin

Qırmızı.az

Bakıda "Mercedes" aşdı, ölən və xəsarət alanlar var

Bakıda "Mercedes" aşdı, xəsarət alanlar və ölən var.

Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, oktyabrın 18-də Xəzər rayonu Türkan qəsəbəsi ərazisində qəsəbə sakini, 1985-ci il təvəllüdlü Qismət Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetməsini itirərək aşırıb.

Nəticədə, Q.Əliyev, sərnişinləri, 1993-cü il təvəllüdlü Taleh Dadaşov, 1983-cü il təvəllüdlü Vüsal Atakişiyev və 1963-cü il təvəllüdlü Niyaməddin Məsimzadə 3 saylı xəstəxanaya yerləşdirilib. Q.Əliyev aldığı bədən xəsarətlərindən orada ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm