Nida.az
Politoloqdan Putinə: “Sizin də imperiyanız dağılacaq”
“Bütün imperiyalar dağılmağa məhkumdur, o cümlədən Rusiya. Bu, nəzəriyyə olaraq qaçılmaz prosesdir”.
Bunu Publika.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq
Vəfa Quluzadə deyib.
V. Quluzadə qeyd edib ki, Rusiya imperiyasının dağılmasını hələ
1995-ci ildə Amerikada olarkən bildiribmiş: “O vaxt “Pravda”,
“Komsomolski Pravda” və digər rus mediaları mənim üstümə düşdülər,
tənqid etdilər. Amma bu faktdır ki, dünyada dağılmayan imperiya
yoxdur. Bunu dəfələrlə demişəm. Misal üçün, Britaniya imperiyası
darmadağın oldu. Doğma türklərin Osmanlı imperiyası I Dünya
müharibəsində dağıldı. Roma imperiyası dağıldı, onu sonuncu halqası
II Dünya müharibəsində məhv oldu. İndi İtaliya imperiyası yoxdur.
Fransız imperiyası məhv oldu, sonuncu ayrılan da Əlcəzair oldu.
Yəni bu nəzəriyyə olaraq belədir. Heç bir imperiya qalmır, vaxtı
var, vaxt çatan kimi tarixə qovuşurlar. O baxımdan, Rusiya
imperiyası da əbədi olmamalıdır”.
Lakin politoloq Rusiya imperiyasının nə vaxt tarixə qovuşacağını
dəqiq bilmədiyini açıqlayıb. Bildirib ki, hər bir imperiyanın öz
vaxtı var, necə ki, Roma, Britaniya, Osmanlı kimi imperiyaların
belə bir vaxtı çatdı.
“Mən bunu Rusiyaya nifrət etdiyimə görə demirəm. Əksinə, bu
nəzəriyyəni ruslara da çatdırıram ki, sizin də imperiyanız
dağılacaq və bir gün siz də fransızlar, italyanlar kimi unitar
dövlət qurub xoşbəxt yaşayacaqsınız”, -deyə politoloq
vurğulayıb.
V. Quluzadə qeyd edib ki, bu dağıntı mülayim olsa yaxşı olar. Onun
sözlərinə görə, Britaniya imperiyası mülayim proseslərdə dağıldı,
heç bir qan tökülmədi: “Rusiyaya da bunu arzu edirəm. Hər şey sülh
yolu ilə baş versə, daha yaxşı olar. Misal üçün, 1991-ci ildə 14
xalq SSRİ-dən ayrılanda böyük müharibələr olmadı. Düzdür, bizim
bəxtimizə Dağlıq Qarabağ, Moldovanın bəxtinə isə Dnestryanı
münaqişələri düşdü. Lakin bütün hallarda böyük qanlar tökülmədi.
Ötən əsrin əvvəllərində çar imperiyası dağılanda vətəndaş
müharibəsi oldu, milyonlarla insan qırıldı. Amma bolşeviklər rus
imperiyasının çökməsinə imkan vermədilər. Mən arzu etmirəm ki,
Rusiya imperiyası dağılanda müharibə olsun, qanlar tökülsün”.
V. Quluzadə Rusiya imperiyası tərkibində yarana biləcək dövlətləri
də şərh edib.
“Başqırdıstan müstəqil yaşaya bilər. Amma bir çox xalqlar rusların içində əriyib gediblər. Özlərini rus kimi tanıyır, dini qəbul edərək xristianlaşıblar. Həmçinin mədəniyyəti və dili qavrayıblar. Misal üçün, kalmıklar, udmurtlar. Amma tatarlar müstəqilliyə can atırlar. Onlar müstəqil respublika ola bilərlər”, - deyə sabiq dövlət katibi bildirib.
Asif Nərimanlı
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı