Prezident beynəlxalq konfrans iştirakçılarını təbrik etdi
Bizi izləyin

Qırmızı.az

Prezident beynəlxalq konfrans iştirakçılarını təbrik etdi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Әliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərinin İnkişafında Qadınların rolu mövzusunda V konfransının iştirakçılarına təbrik məktubunu oxuyub.

Təbrikdə deyilir:

“Hörmətli konfrans iştirakçıları, sizi konfransınızın açılışı münasibətilə təbrik edir, hamınıza uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram.

Müstəqil Azərbaycan Respublikası İslam Әməkdaşlıq Təşkilatı ilə qarşılıqlı faydalı münasibətlər quraraq bu gün ən müxtəlif sahələrdə birgə səmərəli fəaliyyət göstərir. Aktual mövzuya həsr olunmuş konfransınız son illər respublikamızda təşkil edilən mötəbər beynəlxalq tədbirlər sırasında xüsusi yer tutur. 1995-ci ildə Pekində keçirilən qadınların ümümdünya konfransı bütün ölkələr qarşısında qlobal, regional və lokal səviyyələrdə əsas fəaliyyət proqramlarını müəyyən etmişdir.

İslam Әməkdaşlıq Təşkilatının qadın məsələlərı üzrə nazirlərinin əvvəlki - İstanbul, Qahirə, Tehran və Cokarta konfransları, eləcə də iştirakçısı olduğunuz Bakı konfransı cəmiyyətlərin inkişafında qadınların rolununun gücləndirilməsinə mühüm töhfədir. Qadın hüquqlarına xüsusi diqqət yetirən islam dini qadın şəxsiyyətini layiqli mövqeyə yüksəltmişdi. Azərbaycan qadınları insan haqlarının vacib amillərindən sayılan seçki huqununu bir sıra Avropa ölkələlərindən daha əvvəl əldə etməklə təhsildə, səhiyyədə,
mədəniyyətdə və elmdə böyük uğurlar qazanaraq dövlət quruculuğu prosesinin əsas qüvvələrindən birinə cevrilmişdir.

Bununla yanaşı, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində humanitar fəlakətlə üzləşmiş ölkəmizdə qadınlarımızın pozulmuş hüquqları indiyədək bərpa olunmamışdır. Bir sıra mötəbər qurumların, o cümlədən İslam Әməkdaşlıq Təşkilatının respublikamızın ərazi bütövlüyünün bərpasını
dəstəkləyən qərarlarına baxmayaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtması istiqamətində göstərilən səylər hələ də nəticəsiz qalmaqdadır. Әminəm ki, konfransınız qadınların inkişafda rolunun artırılmasına dair geniş və səmərəli müzakirələr aparacaq, gələcək illərdə beynəlxalq və milli səviyyələrdə tədbirlərin həyata keçirilməsi prosesində mühüm mərhələ
olacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm