Messinin növbəti rekorduna 2 qol qaldı
Bizi izləyin

İdman

Messinin növbəti rekorduna 2 qol qaldı

Messi “La Liqa”da 250-ci qoluna imza atıb.

Publika.az xəbər verir ki, "Barselona"nın "Eybar"ı 3:0 hesabı ilə yendiyi matçda fərqlənən argentinalı daha bir rekordu qırmağa yaxındır.

“La Liqa”nın ən çox qol vuran futbolçusu Telmo Zarradır. 1940-1955-ci illərdə "Atletiko" formasını geyinən ispan forvard 251 dəfə fərqlənib. Messi bu tur "Real"la oyunda bir qol vursa, onun göstəricisini təkrarlayacaq. Növbəti bir top isə onu La Liqanın ən çox qol vuracaq oyunçusuna çevirəcək. Bununla da, Messi 27 yaşında çətin bir rekorda imza atmış olacaq.

Xatırladaq ki, “Barselona” “Nou Kamp”da “Eybar”a gücünü göstərib. Kataloniya təmsilçisi Xavi, Neymar və Lionel Messinin qolları sayəsində 3:0 hesablı qələbə qazanıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm