“Nə hədiyyə verməyi, nə də almağı xoşlayıram” - Aktyorun ad günüdür
Bizi izləyin

Tabloid.az

“Nə hədiyyə verməyi, nə də almağı xoşlayıram” - Aktyorun ad günüdür

Bu gün bir çox tamaşalardan və seriallardan tamaşaçılara yaxşı tanış olan aktyor, Azərbaycan Dövlət Musiqili Teatrının vokal artisti Əzizağa Əzizov doğum gününü qeyd edir.

Aktyor ad günü təəssüratlarını Publika.az-la paylaşıb: “Mən indiyə qədər heç zaman ad günümü təntənəylə qeyd etməmişəm. Nə hədiyyə verməyi, nə də hədiyyə almağı xoşlayıram. Adətən, dostlar-tanışlar zəng vurub təbrik edirlər. Neçə illərdi ki, doğum günümdə mənə ilk zəng edib təbrik edən şəxs teatrımızın direktoru Əliqismət Lalayevdi. O, həmişə hamını qabaqlayır”.

Onu da öyrəndik ki, aktyor ad gününü ailəsi ilə qeyd edəcək: “23 ildi bu günü ailəmlə birlikdə, evdə qeyd edirəm. Yenə ənənəmə sadiq qalacağam”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm