“Döyüş ruhu ilə fəxr edirəm. Biz qayıtdıq!”
Bizi izləyin

İdman

“Döyüş ruhu ilə fəxr edirəm. Biz qayıtdıq!”

A Seriyasının 6-cı turunda "İnter" "Napoli"ni qonaq edib.

Valter Mazzarinin yetirmələri son dəqiqələrdə vurulan qolla 1 xalı (2:2) xilas edib. Publika.az xəbər verir ki, qarşılaşmadan sonra klubun prezidenti Erik Tohir matç haqqında fikirlərini çatdırıb:

“Azarkeşlərə komandaya verdikləri dəstəyə görə təşəkkür edirəm. Düzgün atmosfer yaratmaq çox vacib idi, onlar da bunu bacardılar. Bu atmosfer komandanı buraxılan qollara reaksiya verməyə ruhlandırdı. Futbolçular və məşqçidəki döyüş ruhu ilə fəxr edirəm. Biz qayıtdıq! Əminəm ki, bu döyüş ruhunu həftə içi Avropa Liqasının oyununda da görəcəyik”.

Məlumat üçün bildirək ki, "İnter"in Avroliqadakı rəqibi Fransanın "Saint-Etienne" kollektivi olacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm