Qırmızı.az
Pərviz Cəbrayıl: “Dünən az qala qardaşım ölürdü...”
Nihad 15-20 gün yataq rejimində olmalıdır.
Bu sözləri Axar.az-a Nihad Cəbrayılın qardaşı, yazıçı-publisist Pərviz Cəbrayıl söyləyib.
O, Nihad Cəbrayılın vəziyyətinin o qədər də ürəkaçan olmadığını deyib:
“Nihad burnundan, həmçinin gözünün altından əməliyyat olunub. Dünən qlükoza köçürəndə şok verib. Az qalırdı ki ölsün. Bu gün onun daxili orqanları yoxlanılmalıdır. Qəza nəticəsində beyin silkələnməsi baş verdiyindən tomoqrafiya olunacaq. Bundan başqa, Nihadın 8-ci qabırğası qırılıb. Həkimlər deyir ki, onun bitişməsi üçün 15-20 gün yataq rejimində olmalıdır. Həmin qabırğanın yerinə su dolub-dolmaması bu gün yoxlanılacaq”.
Xatırladaq ki, Axar.az-ın “Cəbhə xətti” layihəsinin müəllifi Nihad Cəbrayıl oktyabrın 17-də növbəti reportajdan qayıdarkən avtomobil qəzasına düşüb. Qəza nəticəsində 1975-ci il təvəllüdlü qazi Sevil Abbasova dünyasını dəyişib. Jurnalist Nihad Cəbrayılla bərabər, 1968-ci il təvəllüdlü qazi Əliyeva Solmaz Valeh qızı isə ağır yaralanıb.
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO