ABŞ: “Kobanidəki kürdlərə silah yardımı etdik”
Bizi izləyin

Dünya

ABŞ: “Kobanidəki kürdlərə silah yardımı etdik”

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı İŞİD-ə qarşı Kobanini müdafiə edən bölgədəki kürd qüvvələrinə havadan silah yardımı etdiklərini bildirib.

Publika.az xəbər verir ki, ABŞ hərbi qüvvələri Suriyanın şimalındakı Kobanidə İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı ilə döyüşən kürd qüvvələrinə havadan silah və tibbi ləvazimat yardımları edib.

CENTCOM: “Kürd qruplaşmalara silah yardımı edildi”

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) yazılı açıqlamasında İŞİD-ə qarşı Kobanini qoruyan kürd qüvvələrinə bu gün havadan yardım etdiklərini bildirib. ABŞ Hərbi Hava Qüvvələrinin C-130 tipli yükdaşıyan təyyarəsinin İraqdakı kürdlərin göndərdiyi silah, cəbbəxana və tibbi ləvazimatları Kobaniyə apardığı qeyd edilib.

İŞİD-in irəliləməsinin qarşısı alınıb

Açıqlamada ABŞ ordusunun Kobanidə İŞİD-ə qarşı bu günə qədər 135 hava hücumu etdiyi bildirilib. O da qeyd olunub ki, hücumlar İŞİD-in irəliləməsinə mane olub, yüzlərlə yaraqlı öldürülüb, silah-sursatları məhv edilib.

Kobani hələ də boşaldıla bilər

Açıqlamada deyilir ki, bununla belə, İŞİD şəhərə qarşı təhlükə olmaqda davam edir. Kürd qüvvələrinin mübarizəyə davam etdiyi Kobanidə təhlükəsizlik hər an pozula bilər. CENTCOM komandirinin də bildirdiyi kimi, Kobani hələ də boşaldıla bilər.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm