“Xəzər”dən qovulan qalmaqallı jurnalist ATV-yə getdi
Bizi izləyin

Qırmızı.az

“Xəzər”dən qovulan qalmaqallı jurnalist ATV-yə getdi

Xəzər TV-nin keçmiş əməkdaşı Zümrüd Dəmirova bundan sonra ATV telekanalında çalışacaq.

Axar.az-a daxil olan məlumata görə, jurnalistin bundan sonra “ATV xəbər”də müxbir kimi işləməsi nəzərdə tutulub. Zümrüd Dəmirova noyabrın 1-dən etibarən “ATV Xəbər” proqramında işə başlayacaq. O həmçinin jurnalistin sosial mövzularda özəl reportajlar hazırlayacağını söyləyib.

Qeyd edək ki, bundan öncə Xəzər TV-də çalışan Zümrüd Dəmirova bu kanalın keçmiş rəhbəri Hüseyn Dinləməzlə aralarında yaranan gərginliyə görə işdən çıxarılmışdı. Zümrüd Dəmirova H.Dinləməzdən telekanalın təsisçisi Asəf Hacıyevə şikayət etsə də, bunun da xeyiri olmamışdı.

Jurnalist işdən qovulduqdan sonra daha bir neçə televiziyaya üz tutsa da, onlar da qapılarını müxbirin üzünə qapatmışdılar. Məlumatda bildirilir ki, Xəzər TV-nin keçmiş rəhbərliyi işdən çıxartdığı əməkdaşlarının digər kanallarda işə düzəlməsinin qarşısını almaq üçün çalışırdı. Məhz bu fakta görə də işdən çıxan əməkdaşlar H.Dinləməzə qarşı sosial şəbəkədə və elektron mediada sərt ittihamlar səsləndirirdilər.

Onu da xatırladaq ki, Zümrüd Dəmirova əvvəllər də ATV-də işləyib və bu kanal ona yad deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm