Havalar istiləşir
Bizi izləyin

Qırmızı.az

Havalar istiləşir

Oktyabrın 22-23-dən başlayaraq Azərbaycanda hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.


Məlumata görə, sabah ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.


Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 15-19 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.


Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm