7 yaşlı azərbaycanlı dünya çempionu oldu – FOTOLAR
Bizi izləyin

İdman

7 yaşlı azərbaycanlı dünya çempionu oldu – FOTOLAR

İdmanın ən çətin növlərindən olan qaydasız döyüş növü ilə məşğul olan 7 yaşlı Saday Qasımzadə növbəti zəfərini qazanıb.

Bundan öncə Bolqarıstanda keçirilən qaydasız döyüş növləri üzrə Dünya Kubokunun qalibi olmuş Saday bu dəfə dünya çempionu adına layiq görülüb.

Publika.az-a verilən məlumata görə, o bu dəfə Ukraynanın Lvov şəhərində keçirilən dünya çempionatından qızıl medalı vətənə gətirib. 7 yaşlı çempion yarışda 4 rəqibini məğlub edərək kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, Sadayın məşqçisi qaydasız döyüş növü üzrə idmançı olan əmisi Natiq Qasımzadədir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm