“Şimal 2” stansiyası 2015-ci ildə işə başlayacaq
Bizi izləyin

Qırmızı.az

“Şimal 2” stansiyası 2015-ci ildə işə başlayacaq

“Gələn il “Şimal 2” stansiyası işə başlayacaq”. Publika.az xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Energetiklər günü ilə bağlı keçirilən tədbirdə bildirib.

Hazırda qurum tərəfindən yeni stansiyaların inşa olunduğunu deyən E. Pirverdiyev bildirib ki, bəzi stansiyalarda hələ də tikinti işləri getsə də, bəzilərinin artıq buraxılışları olub. Artıq bir neçə stansiyanın da 2015-ci ildə açılışı planlaşdırılır:

“Gələn il “Şimal 2” stansiyası fıaliyyətə başlayacaq. Bu, çox mükəmməl bir stansiyadır. Orada müasir avadanlıqlar quraşdırılıb, ən son texnologiyalar tətbiq olunur. Stansiyanın faydalı iş əmsalı isə faktiki olaraq 55-56% olacaq. Bu, stansiyalar üçün çox yüksək göstəricidir”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm