“İsa bəyin yenidən başqan olması siyasi oyunbazlıq olar”
Bizi izləyin

Nida.az

“İsa bəyin yenidən başqan olması siyasi oyunbazlıq olar”

“Siyasi oyunbazlıq deyil ki, İsa Qəmbər yenidən başqanlığa qayıtsın”.


Bunu Publika.az-a açıqlamasında Müsavatın yeni başqanı Arif Hacılının legitimliyinə qarşı çıxan Səxavət Əlisoy deyib.


Onun sözlərinə görə, bəzi müsavatçılardan belə təklif gəlib: “Amma nizamnamə var və nizamnamə iki dəfədən artıq seçilməyə imkan vermir. İsa bəyin yenidən başqan olması siyasi oyunbazlıq olar”.


S. Əlisoy Arif Hacılının barışıq müraciətinin nə ilə nəticələnəcəyinə də münasibət bildirib.

“Ortada faktlar var. Bir dəfə demişəm, yenə deyirəm. Bu, aşirət deyil ki, küsülülər barışsın. Müsavat siyasi partiyadır və burda keçirilən seçkidə saxtakarlığın, ədalətsizliyin olması ilə bağlı faktlar var. Bu faktlara cavab verilməlidir. Ondan sonra nələrin olacağını zaman göstərəcək. Yoxsa, gəlin hər şeyi unudaq prinsipi qəbuledilməzdir. Kim istəyir barışsın, qucaqlaşsın. Amma məni düşündürən Müsavatın bir siyasi partiya olaraq mövcudluğudur. VIII qurultay Müsavat tarixinə qara ləkədir. Bunu aradan qaldırmalıyıq, əgər bu baş verəcəksə, sakitik olacaq. Əks təqdirdə, başqa şeylər də ola bilər”, - deyə o bildirib.


S. Əlisoy qeyd edib ki, dünən Arif Hacılının legitimliyinə partiya funksionerləri etiraz edirdisə, bu gün rayon təşkilatları da bu etiraza qoşulur: “Obyektivlik bərpa olunmasa, narazılıq da zaman-zaman davam edəcək. Bayramda çıxıb “gəlin barışaq” deməklə iş bitmir. Qarşıdan Yeni il, Novruz bayramları gəlir. Onda hər problemi bayramda müraciət etməklə həll etməliyik. Əgər obyektivlik olmasa, Arif Hacılının müraciətinin 5 qəpiklik faydası olmayacaq”.

“Adil Qeybulla ilə birgə təsis etdiyiniz SDİM gələcəkdə siyasi quruma çevrilə bilərmi?” sualına cavabında S. Əlisoy “Hər şey mümkündür” deyib. O hətta bu qurumun Müsavata alternativ olmasını da mümkün hesab edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm