Qol sevincini qeyd edərkən öldü – FOTOLAR+VİDEO
Bizi izləyin

İdman

Qol sevincini qeyd edərkən öldü – FOTOLAR+VİDEO

Qol sevincini qeyd edən futbolçu dünyasını dəyişib.

Publika.az xəbər verir ki, hindistanlı futbolçu Piter Biaksanqzuala bu zaman onurğa sütunundan ciddi zədə alıb. "Betlehem Venqtlanq" klubunun 23 yaşlı yarımmüdafiəçisi hadisədən dərhal sonra xəstəxanaya aparılıb. Biaksanqzuala xəstəxanada keçinib.

O, ölkə çempionatı matçında "Çanmari Vest"ə vurduğu qoldan sonra matçın 62-ci dəqiqəsində salto vurmaq istəyib. Bu zaman Biaksanqzuala yerə bərk dəyib və matçı davam etdirə bilməyib. Xəstəxanaya çatdırılarkən məlum olub ki, futbolçu çiynindən və beynindən zədə alıb. Həkimlər futbolçunun həyatını xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm