Özbəkistanda internetdən istifadəyə növbəti qadağalar tətbiq olundu
Bizi izləyin

Dünya

Özbəkistanda internetdən istifadəyə növbəti qadağalar tətbiq olundu

Özbəkistanda “Skype”, “WhatsApp”, “Telegram”, “Viber” və "Mail.Ru”nun səs xidmətləri kəsilib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Azadlıq” radiosunun özbək xidməti bildirib.

Adıçəkilən xidmətlərin abunəçiləri 10 oktyabrdan səs ünsiyyətinin olmamasından şikayət edirlər. İstifadəçilər qeyd edirlər ki, ünsiyyətin ilk saniyələrindən sonra rabitənin keyfiyyəti güclü şəkildə aşağı düşür. “Azadlıq” radiosu qeyd edir ki, problemləri “Uztelekom” dövlət milli operatoru yaradır.

Həmçinin ötən həftə Özbəkistanın kabel televiziyasının studiyaları “Mir” və RBK kanallarının translyasiyasını dayandırıb. Yayımın dayandırılması texniki nasazlıqla izah olunur.

Özbəkistan internetdən istifadə ilə bağlı tez-tez sərt addımlar atır. Hakimiyyət ayrı-ayrı internet resurslarına girişi dəfələrlə bağlayıb. 2013-cü ilin noyabrında hökumət mobil internet vasitəsilə xeyli sayda sayta girişə qadağa qoydu. Bir sıra beynəlxalq təşkilatlar isə Özbəkistan hakimiyyətini internetin düşməni elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm