Avropa Parlamenti çadra qadağasını ləğv elədi
Bizi izləyin

Dünya

Avropa Parlamenti çadra qadağasını ləğv elədi

Avstraliyada çadralı qadınların Federal Parlamentdə yalnız şüşəli sektordan baxma məcburiyyəti barədə qayda ləğv edilib.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, Məclis Xidmətləri Servisindən (DPS) verilən açıqlamada parlamentə gələn çadralı müsəlman qadınların iclası yalnız şüşəli sektorlardan izləməyə imkan verən qaydaların ləğv edildiyini bildirilib. Adətən, belə sektorlarda məktəbyaşlı uşaqları yerləşdirirlər.

Oktyabrın əvvəlində Avstraliya Federal Parlamenti Təmsilçilər Məclisinin sədri Bronvin Bişop və Senat sədri Stefen Perri ziyarətə gələn müsəlman qadınların da məclis iclaslarını daha çox şagirdlərin istifadə etdiyi səskeçirməyən şüşəli sektordan izləmələri barədə qanun qəbul edib.

Avstraliya baş naziri çadra haqqında danışan zaman “çox diqqət cəlb edir” şərhini əlavə edərək qeyd edib: “Kaş ki, heç bir qadın çadra geyinməyəydi. Ancaq biz azad ölkəyik”. Lakin sərt reaksiyalara səbəb olan bu açıqlamadan sonra yeni bir açıqlama verərək qanuna yenidən baxılacağını deyib.

Çadra geyinərək parlamentə gələn müsəlman qadınlar yeni qanunlara görə, təhlükəsizlik baxımından qısa müddətə çadralarını çıxartmalı olacaqlar.

Şəxsiyyətləri təsdiq ediləndən sonra çadralı müsəlman qadınlar ictimai yerlərdə gəzə də biləcəklər.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm