Biabırçılığı unutdurmaq üçün nəyə əl atdılar?
Bizi izləyin

İdman

Biabırçılığı unutdurmaq üçün nəyə əl atdılar?

Premyer Liqada uğurlu çıxış edən “Sautqempton” doğma publika önündə “Sanderlend”i biabır edib (8:0).

Bu biabırçı məğlubiyyətdən sonra "Sanderlend"in qolkiperi Vito Mannone 1046 kilometr yol qət edərək "Seynt Meri" stadionuna sevimli komandalarını dəstəkləmək üçün gələn azarkeşlərin könlünü almaq fikrinə düşüb. O, azarkeşlərin yol xərclərini qarşılamaq istədiyini deyib:

“Komanda yoldaşlarımla danışacağam. Mümkün olsa, bizi dəstəkləməyə gələn azarkeşlərin yol və bilet pullarını ödəyəcəyik. Bu, bizim üçün çətindi, amma onlar üçün daha da çətindir.

Buraxdığımız qollardan sonra mən də daxil, bütün komanda təslim oldu. 8-0 məğlub olduq. 8 matçda 1-0 hesabıyla uduzmadıq. Sakitləşməli və yenidən ayağa durmalıyıq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm