Ukraynada könüllü batalyonlar “satqın” çıxdı
Bizi izləyin

Dünya

Ukraynada könüllü batalyonlar “satqın” çıxdı

Ukrayna Milli Qvardiyasının bir neçə könüllü batalyonu buraxılmaq təhlükəsi qarşısındadır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukraynanın “Vesti” nəşri bildirib.

Könüllü batalyonların bir neçəsinin maliyyələşdirilməsi ilə Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru, məşhur oliqarx İqor Kolomoyski məşğul olur. Lakin antiterror əməliyyatları zonasında batalyonlar üçün cavabdeh olan şəxs polkovnik Aleksey Makarenko məsələnin maliyyə ilə bağlı olmadığını deyib. O, batalyon döyüşçülərini intizamsızlıqda ittiham edib.

A.Makarenko ilk olaraq “Krivbass” batalyonunun buraxıla biləcəyini deyib. Polkovnikin sözlərinə görə, könüllü batalyonların döyüşçüləri mövqeləri tez-tez icazəsiz tərk edirlər. “Azov" və "Aydar" batalyonlarının da buraxılacağı gözlənilir.

“Azov” batalyonu komandanın keçmiş müavini İqor Mosiyçuk güman edir ki, İlovayskda Ukrayna hərbçilərinin məğlubiyyəti batalyonların mümkün buraxılmasının əsl səbəbidir.

Qeyd edək ki, İlovayskda döyüş əməliyyatları 2014-cü ilin avqust ayının ortalarında başlayıb. İlovaysk uğrunda gedən döyüşlərdə Rusiyanın dəstəklədiyi separatçılar qələbə qazanıb. Separatçılar təxminən 200 ukraynalı hərbçini əsir götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm