Ərdoğan: “PYD-yə silah göndərilməsinə icazə verə bilmərik”
Bizi izləyin

Dünya

Ərdoğan: “PYD-yə silah göndərilməsinə icazə verə bilmərik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Suriyanın şimalındakı PYD-nin (Demokratik Birlik partiyası) PKK ilə eyni amala qulluq etdiyini və onlara silah göndərilməsinə “hə” deyə bilməyəcəklərini bildirib.


Publika.az “BBC Türkcə”yə istinadən xəbər verir ki, Ərdoğan dünən Əfqanıstan səfərindən qayıdanda jurnalistlərə gündəmə dair açıqlamalar verib.


Ərdoğan ABŞ-ın kürdlərə silah verməsini belə şərh edib:

“Son günlər bir söhbət çıxıb. Nədir o? PYD-yə veriləcək silah dəstəyi ilə İŞİD-ə qarşı burada bir cəbhə yaratmaq. Yaxşı. Amma bu PYD indi bizim üçün PKK ilə eyni səviyyədədir və o da terror təşkilatıdır. Bir terror təşkilatına bizə dost olan NATO-da bir yerdə işlədiyimiz ABŞ-ın dəstəyi qəbuledilməzdir. Biz buna razılıq verə bilmərik. Belə bir şeyi bizdən gözləməsinlər.Biz buna “hə” deyə bilmərik”.


Və nəhayət, Bərzani hakimiyyətinə yaxınlığı ilə tanınan “Rudav” internet saytının yazdığına görə, peşmərgənin yardımlarının Kobaniyə Türkiyədən çatdırılması tələbinə bu gün rəsmi Ankaradan müsbət cavab gəlib.


Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm