Nida.az
“Avropa Parlamentinin münasibəti Azərbaycanda çox ciddi narazılıqlara səbəb olub"
Qüdrət Həsənquliyev: “Belə davam edəcəyi təqdirdə biz Avropa Parlamenti ilə münasibətlərimizə yenidən baxa bilərik”
“Gürcüstanın Azərbaycana münasibətdə yürütdüyü siyasət qeyri-səmimi və riyakar siyasətdir”.
“Partiyanın Avropa Parlamentinin “Avropa Mühafizəkarları və islahatçıları” qrupuna üzlüyü ilə bağlı müzakirələr apardım”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. Publika.az həmin müsahibəni təqdim edir.
- Qüdrət bəy, xahiş edirəm, Avropa səfəriniz haqqında
məlumat verəsiniz...
- Oktyabrın 16-da Avronest Parlament Assambleyasının Büro iclası
keçirilməliydi. Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin
sədri, millət vəkili Elxan Süleymanovun daha öncədən planlaşdırılan
başqa tədbirləri olduğuna görə, AVRONEST PA-nın bürö iclasının
işinə qatıla bilmədi və Azərbaycan nümayəndə heyətinin üzvü kimi bu
toplantıda onu mən əvəz etməli oldum. Qeyd edim ki, büro iclasının
keçiriləcəyi zaman kəsiyində mən başqa bir tədbirlə bağlı Brüsseldə
olmalı idim. Belə bir səfər xeyli əvvəl nəzərdə tutulmuşdu. Bu
səbəbdən, səfər çərçivəsində eyni zamanda bizim partiyanın Avropa
Parlamentinin “Avropa Mühafizəkarları və islahatçıları” qrupuna
üzlüyü ilə bağlı müzakirələr apardım. Hesab edirəm ki, səfər bir
neçə aspektdən əhəmiyyətli oldu. Beləki “Avropa Mühafizəkarları və
islahatçıları” qrupunun rəhbərliyi ilə həm partiyamızın bu
fraksiyaya üzvlüyü məsələsini müzakirə etdik, həm də ölkəmizdəki və
regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Qeyd edim ki,
bu qrupda Gürcüstanın “Xristian-Demokrat Hərəkatı”, Ermənistanın
isə “Çiçəklənən Erməstan” partiyaları təmsil olunurlar. Yaxşı
bilirik ki, Avropa Parlamentində qərarlar öncə qruplarda müzakirə
edilir və qəbul olunur, daha sonra isə plenar iclasa çıxarılır.
Buna görə də Avropa Parlamentinin qruplarında Azərbaycan
partiyalarının təmsil olunması çox vacibdir. Hazırda Azərbaycandan
yalnız Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin ən böyük
qrupu olan Avropa Xalq Pariyası qrupunda müşahidəçi statusu ilə
təmsil olunur. Digər 6 qrupda isə Azaərbaycanı heç bir siyasi
təşkilat təmsil etmir. Bu baxımdan, Avropa Parlamentinin
qruplarında təmsilçilik ölkəmiz üçün son dərəcədə önəmli bir
məsələdir.
- Bəs AVRONEST PA-nın iclası necə keçdi, hansı məsələlər
müzakirə olundu?
- Müzakirə olunan əsas məsələ AVRONEST Parlament Assambleyasının
növbəti sessiyasının keçirilməsi ilə bağlı idi. Onu da deyim ki, bu
sessiyanın Ermənistanda keçirilməsi nəzərdə tutulur. Bununla bağlı
çıxışımda qeyd etdim ki, Azərbaycan nümayəndə heyəti AVRONEST
PA-nın Ermənistanda keçirilən sessiyasının işinə qatılmayacaq. Ona
görə ki, Ukraynanın Donesk və Luqansk vilayətlərində baş verən
hadisələrlə bağlı, eləcə də Krımın ilhaqından sonra biz Qərbin
hansı mövqeni nümayiş etdirdiyinin şahidi olduq. Bu reaksiyanın da
bizim üçün yetərli olmadığını diqqətə çatdırdım və qeyd etdim ki,
Ukraynanın ərazi bütövlüyünə qarant duran dövlətlərin vaxtında və
daha sərt reaksiya verəcəklərini gözləyirdik. Baş verən hadisələr
müstəvində növbəti dəfə özünü çox qabarıq şəkildə büruzə verən
ikili standartların şahidi olduq. Biz Ukraynada baş verən
hadisələrlə bağlı Qərbin reaksiyanı yetərli saymasaq da, ancaq
konkret tədbirlərin, Rusiyaya qarşı sanksiyaların tətbiqinin şahidi
olduq. Belə olduğu təqdirdə, sual olunur - hansı səbəbdən
Azərbaycan torpaqlarının 20 faizini işğal edən və bu ərazilərdə
etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı sanksiyalar
tətbiq olunmur? Halbiki ruslar Krımda etnik təmizləmə aparmayıblar.
Ermənilər isə nəinki Azərbaycan torpaqlarını işğal ediblər, hətta
bu ərazilərdə kütləvi qırğınlar törədiblər. Buna görə də Azərbaycan
xalqı haqlı olaraq Azərbaycan hökumətindən və siyasi partiyalardan
tələb edir ki, beynəlxalq təşkilatlarda ölkənin maraqları daha sərt
və daha kəskin şəkildə qorunsun. Bu səbəbdən Ukrayna hadisələrindən
sonra Azərbaycandakı vəziyyət tamamilə dəyişib. Azərbaycanı təmsil
edən şəxslər, qurumlar xalqın tələbini nəzərə alıb bu problemləri
lazım olan səviyyədə qaldıran kimi siz də müxtəlif məsələləri
bəhanə gətirib ölkəmizə qarşı təzyiq kampaniyasına başlayırsınız.
Bu isə Azərbaycan üçün qəbulolunmazdır. Sizin ikili standartlar
siyasətiniz məcbur edəcək ki, Azərbaycan özünün Avropa Parlamenti
ilə əməkdaşlıq məsələlərinə yenidən baxsın. Ermənistan nümayəndə
heyətini göstərərək bildirdim ki, siz bunlara sanksiya tətbiq etmək
əvəzinə, əksinə Ermənistanda AVRONEST PA-nın plenar iclasını
keçirmək istəyirsiniz. Ermənistan bizim torpaqlarımızı işğal
etməklə yanaşı həm də BMT-də Ukraynanın ərazi bütövlüyünün əleyhinə
səs verib. Yəni Ermənistan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində,
avratlantik məkana inteqrasiya müstəvisində tərəfdaş olduğu
Ukraynanın ərazi bütövlüyünü BMT-nin Baş Məclisində dəstəkləməyib.
Şimali Koreya, Belarus və bəzi Cənubi Amerika dövlətləri ilə eyni
sırada dayanıb. Bəs nə üçün ən azı AVRONEST PA səviyyəsində biz
Ermənistanın hərəkətlərini pisləmir, baş verənlərə hüquqi-siyası
qiymət vermirik? Ermənistan nümayəndə heyətinin təmsilçiləri
bildirdilər ki, guya onlar regionda sülhü qorumaq üçün bəzən qəlbən
razı olmadıqları qərarlar qəbul etməyə məcbur olurlar. Ermənilərin
bu cavabının qarşılığında qeyd etdim ki, Ermənistan sülhü deyil,
mövcud status-kvonu qorumaq, eləcə də işğalçılıq siyasətinin
davamlı olaraq dəstəklənməsi üçün belə bir mövqedən çıxış edir. Çox
təəssüf ki, Ukrayna və Gürcüstan nümayəndələri ənənələrinə uyğun
çıxışlar etdilər və dedilər ki, bura belə məsələlərin müzakirə
olunacağı yer deyil. Amma sonradan, Ukraynada keçirələcək
seçkilərin müzakirəsi zamanı bu ölkəni AVRONEST PA-da təmsil edən
və həm də bu qurumun həmsədrlərindən biri olan Boris Tarasyuk
Rusiyanın işğalçılıq siyasəti barədə ezun-uzadı söhbət açdı. Mən
onun çıxışından sonra sual vermək üçün söz aldım və Ukraynalı
həmsədrin mənim çıxışımdan sonrakı fikirlərini onun özünə
xatırladaraq qeyd etdim ki, Tarasyukun da daha öncə dediyi kimi,
biz bu məsələləri burada həll edə bilmərik. Mən Qarabağın
işğalından danışanda Tarasyuk məsələni belə qoymuşdu və həm də bizi
qınamışdı ki, Azərbaycan tərəfi AVRONEST PA-nın plenar iclasının
ölkəmizdə keçirilməsinə razılıq verəndə, həm də gələcəkdə belə bir
sessiyanın Ermənistanda keçirilməsinə də razılıq verib. Onların
diqqətinə çatdırdım ki, mən öz çıxışımın əvvəlində burada bu tipli
bəyanatların veriləcəyini bilirdim. Ona görə də Ukrayna
torpaqlarının işğalından sonra Azərbaycanda şəraitin dəyişdiyini
xüsusi olaraq vurğuladım. Məhz bu səbəbdəb biz bu gün Qərbdən tələb
edirik ki, ikili standartlar siyasətinə son qoysunlar, Ermənistana
işğalçı dövlət kimi sanksiyalar tətbiq etsinlər. Biz bunu tələb
edirik, siz isə deyirsiniz gedək Ermənistanda AVRONEST PA-nın
plenar iclasını keçirək... Bu ölkə bizim ərazilərimizi işğal edib,
başqa bir dövlətin ərazi bütövlüyünün əleyhinə səs verib, Avropa
Birliyi ilə assosiativ sazişlə bağlı uzunmüddətli danışıqlar
apararaq onları aldadıb, sonradan gedib Avrasiya İqtisadi
İttifaqına qoşulub. Bütün bunlarda isə Ermənistanın yeganə məqsədi
bölgədə status-kvonu qoruyub saxlamaq və işğalçı siyasətə dəstək
qazanmaqdır. Avropa Parlamentinin Azərbaycana olan təzyiqləinə
gəldikdə isə mən onları kəskin şəkildə qınadım. Dedim ki, nə zaman
biz Ermənistana qarşı sanksiyaların tətbiqini tələb edirik, siz
dərhal Azərbaycana qarşı təzyiq kampaniyasına başlayırsınız. İndi
Avropa Parlamenti qərar qəbul edib ki. əgər Azərbaycanda həbsdə
olan 5-6 nəfər azadlığa buraxılmasa Avropa İttifaqı ölkəmizə
yardımlarını dayandırsın. Yəni, Azərbaycana qarşı tətbiq olunsun.
Sual etdim ki, 5-6 adamı həbsdə saxlamaq - hətta onlar bəzilərinin
iddia etdiyi kimi qanunsuz həbs olunsalar da belə - ağır cinayətdi,
yoxsa bir milyon insanı ev-eşiyindən didərgin salmaq? Bu insanlar
nəinki evlərindən didərgin salınıb, onlara məxsus olan nə varsa
dağıdılıb, evlərinin qapı-pəncərələrinədək sökülüb və İrana
satılıb. 23 ildir ki, işğal altında olan və bu müddət ərzində
baxımsız vəziyyətdə olan Sərsəng su anbarı ilə bağlı vəziyyəti
onların nəzərinə çatdırdım. Qeyd etdim ki, bu anbarın aşağı
hissəsində 400 min insan yaşayır. Bu anbarda işğalçı ölkə nə özü
cari təmir işləri aparır, nə də Azərbaycana belə bir imkan vermir.
Günün birində bu anbarla bağlı hər hansı bir fəlakət baş versə
Ermənisatn tərəfi deyəcək ki, bilirsiniz, təbii fəlakət baş verdi
və 400 min azərbaycanlı öz həyatını itirdi... Məsuliyyəti öz
boyunlarından atacaqlar. Siz bütün bunalar heç bir reaksiya
vermirsiniz. Naxçıvan uzun illərdir ki blokada vəziyyətində
saxlanılır. Siz bütün bunların səbəbkarı olan Ermənistana sanksya
tələb etmək əvəzinə Azərbaycana sanksiya tətbiq edilməsi tələbi ilə
çıxış edirsiniz. Bildirdim ki, bu münasibət Azərbaycanda çox ciddi
narazılıqlara səbəb olub və belə davam edəcəyi təqdirdə biz Avropa
Parlamenti ilə münasibətlərimizə yenidən baxa bilərik. Ermənistanın
işğalçılıq və destruktiv siyasəti ortalıqdadır. Amma ikitərəfli
görüşlər zamanı mənə dedilər ki, Ermənistanla Avropanın ortaq
mədəni yaxınlığı var. Dedim ki, o zaman Ermənistan nə üçün qonşu
İranla,Türkiyə və Rusiya ilə, eləcə də Avropa İttifaqı ilə iqtisadi
əlaqələrinin səviyyəsini açıqlamır? Bağlı qapılar arxasında hər
zaman bir xristian dövləti olaraq Türkiyənin, İranın və
Azərbaycanın əhatəsində olmalarından şikayətlənirlər, öz işğalçılıq
siyasətlərinə dəstək istəyirlər. Amma baxın, görün Ertmənistanın
hərbi-siyasi, iqtisadi müttəfiqləri hansı ölkələrdir: Türkiyə ilə
sərhədləri bağlı olsa da, araşdırın və görün Ermənistanın bu ölkə
ilə Gürcüstan üzərində gerçəkləşdirilən iqtisadi əlaqələri hansı
səviyyədədir. İrandan isə Ermənistana təbii qaz, neft kəməri, dəmir
yol xətti çəkilir. Ermənistanı yaşadan bu ölkələrdir. Ermənilər bu
məsələlərdə də manipulyasiya edirlər və təəssüf ki, bizim Avropadan
olan həmkarlarımız, siyasətçilər, diplomatlar onların bu siyasətinə
dəstək verirlər.
- Sizin çıxışınıza qarşı tərəfdən hər hansı bir reaksiya
verildimi?
- Avropa Parlamentindən olan heç bir büro üzvü nə müsbət, nə də
mənfi mənada səsləndırdiyim iradlara reaksiya vermədi. Amma
Tarasyukdan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini
açıqlamağı tələb edəndən sonra, o, bildirdi ki, Ukrayna Qarabağın
işğal olunmasını vaxtilə bəyan edib və onlar indi də bu
mövqedədirlər. Amma Ermənistanın hərəkətlərinin pislənilməsi barədə
qərarın qəbulu, yaxud plenar iclasın Ermənistanda keçirilməsindən
imtina olunması barədə hə hansı bir fikir bildirmədi. Ən çox
narahatlıq doğuran Gürcüstan nümayəndələrinin mövqeydir. Gürcü
təmsilçilər hər zaman kluarlarda bizə tamamilə başqa sözlər
deyirlər, əminəm ki, ermənilərlə görüşəndə də tamamilə başqa
fikirlər səsləndidirlər. Yeri gələndə, imkan yarananda da
Ermənistanı müdafiə edirlər. Bu ölkənin Azərbaycana münasibətdə
yürütdüyü siyasət qeyri-səmimi və riyakar siyasətdir. Baxmayaraq
ki, Gürcüstanla münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır,
amma mən hər zaman demişəm və bu gün də deyirəm ki, Ermənistan
nümayəndə heyəti ilə görüşlərdə Gürcüstan təmsilçiləri onlara elə
“pişiklənirlər” ki, sanki mövcudluqları Azərbaycandan yox,
Ermənistandan asılıdır.
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib