Türkiyənin PKK-ya yardım etməsinə dair açıqlama - RƏSMİ
Bizi izləyin

Dünya

Türkiyənin PKK-ya yardım etməsinə dair açıqlama - RƏSMİ

Xarici İşlər naziri Mövlud Çavuşoğlu peşmərgə qüvvələrinin dəstək üçün Kobaniyə getməsinə icazə verildiyini açıqlayıb.

Publika.az “Xəbərtürk”ə istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Kobanidə baş verənlərlə əlaqədar açıqlama verib. Tunis xarici işlər naziri Çonghi Hamdi ilə görüşündən sonra birgə mətbuat konfransı təşkil edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “peşmərgənin Kobaniyə keçməsinə yardımçı oluruq. Kobaninin buraxılmasını heç vaxt arzu etmərik” deyib.

Kobaniyə hər cür humanitar yardımın çatdırılması üçün işlər görüldüyünü bildirən Çavuşoğlu “Kobani üçün koalisiya qüvvələri ilə hər cür əməkdaşlıq içərisində olduq” deyib.

Suriyada baş verənlər həqiqi səbəbkarının unudulmamasının vacib olduğunu bildirən Çavuşoğlu, “Əsəd rejiminin bugünkü vəziyyətinin səbəbkarı olduğunu hər fürsətdə qeyd edirik” deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm