“Hüseyn Arifəm, yaxşılara yananam”- Şairin yubileyi keçiriləcək
Bizi izləyin

Yazarlar

“Hüseyn Arifəm, yaxşılara yananam”- Şairin yubileyi keçiriləcək

Hüseyn Arifəm , yaxşılara yananam,
Ömür boyu yamanlara yamanam.
Sevinəndə - qoca ikən cavanam,
Qəmlənəndə - cavanlıqda qocaldım.


Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 20-də, saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Hüseyn Arifin 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.


Publika.az-ın məlumatına görə, bir çox elm, mədəniyyət xadimləri və müvafiq dövlət strukturlarının iştirak edəcəyi tədbirdə Hüseyn Arifin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Habelə, şairin sözlərinə bəstələnmiş musiqilər ifa olunacaq, şairlə bağlı maraqlı videoçarx göstəriləcək.


1924-cü ildə Ağstafa rayonunda doğulan Hüseyn Arif zəngin ədəbi həyat yolu keçib, yaradıcılığını xalq və aşıq poeziyası üzərində kökləyən, şifahi və yazılı ədəbiyyatın vəhdətində yazıb-yaradan bir sənətkar olub. Şairin şeirlərinə dillər əzbəri olan çox sayda musiqilər bəstələnib.


"Azərbaycan Dövlət Mükafatı" laureatı Hüseyn Arifin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib, ona "xalq şairi" fəxri adı verilib.



Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm