Gülən: “Bizə “paralel dövlət” deyən cənnətə gedə bilməz”
Bizi izləyin

Dünya

Gülən: “Bizə “paralel dövlət” deyən cənnətə gedə bilməz”

Fətullah Gülən dünyada 15-20 milyon tərəfdarının olduğunu qeyd edərək, “bunların hamısına birdən “paralel dövlət” iftirası atanlar halallıq almadıqca cənnətə gedə bilməzlər” deyib.

Publika.az “Radikal”a istinadən xəbər verir ki, Gülən hərəkatının lideri olaraq tanınan və 1999-cu ildə Türkiyədən ABŞ-a gedərək elə o vaxtdan Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin yeni bir videosu yayımlanıb.

Videoda Gülən hərəkatının dünya üzrə sayını açıqladıqdan sonra "bütün hamımıza “paralel dövlət” deyənlərin halallıq almadıqca cənnətə gedə bilməyəcəklərini" deyib.

Gülənin nitqində mövzu ilə əlaqədar sitatı təqdim edirik:

Məsəl üçün, hərəkatın təxminlərə görə bütün dünyada 15-20 milyona qədər üzvü var. Bunların hamısına birdən “paralel dövlət” dediyiniz zaman, “zəli” dediyiniz zaman, hətta söyüş söydünüz zaman günah etmiş olursunuz. O qədər insandan “haqqını halal elə” deyib, hamısından halallıq almadıqca, onların cənnətə getməsi mümkün deyil. Onsuz da, Allah o qədər şeyi onlara lütf etməz”.

Xatırladaq ki, Türkiyədə keçən ilin dekabrında “17 dekabr əməliyyatları” kimi tanınan bir çox nazir övladlarının həbs olunduğu əməliyyatdan sonra Ərdoğan, Fətullah Gülən hərəkatını paralel dövlət adlandırıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm