Qadınların üzünə sulfat turşu atanlar yaxalanıb
Bizi izləyin

Dünya

Qadınların üzünə sulfat turşu atanlar yaxalanıb

İsfahan şəhər mərkəzində üzləri açıq olduğu iddiası ilə qadınlara sulfat turşusu atan dörd nəfər yaxalanıb. İran qanunlarına görə, bu dörd şübhəlinin cinayətləri sübuta yetirilsə, onlar edam olunacaqlar.

Pubika.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, rəsmi mənbələr həyati təhlükə yaratmaq ittihamı ilə yaxalanan şəxslərin adlarını və onların davranışlarının səbəbini açıqlamayıb.

İran qanunlarına görə, qadınların ictimai yerlərdə başlarından ayaqlarına qədər örtünmələri vacibdir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm