Apple yeni iPad Air 2-ni təqdim etdi
Bizi izləyin

Texnoloji

Apple yeni iPad Air 2-ni təqdim etdi

“ABŞ”ın texnologiya nəhəngi Apple, Cupertinoda təşkil etdiyi təqdimat mərasimində Touch ID xüsusiyyətinə malik olan iPad Air 2, iPad mini 3 və yeni iMac-ı təqdim edib.

Yeni iPad Air, 6.1 mm qalınlığı ilə diqqəti çəkir.

Mac Mininin qiymətinin isə əvvəlki modeldən 100 dollar daha aşağı olacağı açıqlanıb. Bu günə qədər istehsal edilən ən incə iPad olan iPad Air-in, əvvəlki modelə müqayisədə 18% daha incə olduğu açıqlanıb.

İpad Air 2, 1080 HD video çəkə bilən 8MP "isight" kameraya malikdir. 437 qram ağırlığında olan və A8X çipi olan yeni cihaz, 2-ci nəsil 64 bit texnologiyasına və 2048x1536 həllolma dəqiqliyinə malikdir. 10 saata qədər batareya ömürü olan “iPad Air 2”nin, köhnə modellər ilə müqayisədə 40% daha sürətli CPU ilə təchiz edilir. 7.9 düymlük ekrana malik olan iPad mini 3-ün 5 meqapikselik bir kamerası var. iPad mini 3, 1080p Full HD çəkiliş edə bilir. iPad Air 2, ABŞ-da 499 dollardan başlayan qiymətlərlə satışa təqdim ediləcək.

Yeni iPadların qiymətləri:

16 GB iPad Air: 499 dollar

32 GB iPad Air: 599 dollar

64 GB iPad Air: 699 dollar

16 GB iPad mini 3: 399 dollar

32 GB iPad mini 3: 499 dollar

63 GB iPad mini 4: 499 dollar

Təqdimatda Apple yeni “iMac”ı da təqdim edib. 27 düym ekrana malik olan iMac, Retina 5K xüsusiyyətinə sahibdir. Verilən açıqlamaya görə, 27 düym Retina 5K ekranlı iMac, standart 27 düym iMac ekranından dörd qat daha çox pikselə malikdir. Yeni iMac ABŞ-da 2499 dollara satışa təqdim ediləcək.

Mac Mini

İki Thunderbolt 2 portuna sahib olan yeni Mac mini, əvvəlki model ilə müqayisədə aşağı qiyməti ilə diqqət çəkir. Mac mininin qiyməti köhnə modeldən 100 dollar daha aşağı olacaq. 4-ünçü nəsil prosessor istifadə edən cihaz, ABŞ-da 499 dollara satışa təqdim ediləcək.

Apple Pay

Şirkətin İcraçı direktoru Tim Cook, elektron ödəniş sistemi olan Apple Pay-in Bazar ertəsi günü istifadəyə veriləcəyini və Apple Pay üçün yeni banklar ilə razılaşma əldə etdiklərini açıqlayıb.

Cook, bu həftə daha 32 ölkədə satışa təqdim ediləcək yeni nəsil iPhone-ların şirkətin bu günə qədər ən sürətli satdığı məhsul olduğunun vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm