Mehriban Əliyeva İranın vitse-prezidentini qəbul edib
Bizi izləyin

Qırmızı.az

Mehriban Əliyeva İranın vitse-prezidentini qəbul edib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransda iştirak edən İran İslam Respublikasının ailə və qadın məsələləri üzrə vitse-prezidenti Şahindoxt Movlaverdi ilə görüşüb.

Publika.az AzərTaca istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonağı salamlayaraq “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransın uğurlu keçəcəyinə ümidvar olduğunu söylədi. Mehriban Əliyeva tədbirdə iştirak etdiyinə görə Şaxindoxt Movlaverdiyə minnətdarlığını bildirdi.

Hazırda Azərbaycan ilə İran arasındakı əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini deyən Azərbaycanın birinci xanımı bu il ərzində hər iki ölkənin prezidentlərinin üç dəfə görüşdüyünü bildirdi, qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verdiyini vurğuladı. Mehriban Əliyeva Bakıda keçirilən beynəlxalq konfransın qadın məsələlərinin həllində mühüm rolunu oynayacağına əminliyini ifadə etdi.

Şahindoxt Movlaverdi konfransa dəvətə görə təşəkkürünü bildirdi. Qonaq ilk dəfədir ki, Bakıya səfər etdiyini deyərək, ümidvar olduğunu vurğuladı ki, bu konfrans İslam ölkələrində qadınların rolunun artmasına töhfə verəcək.

Sonda xatirə şəkli çəkdirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm