Kadırov: Onları məhv etmək lazımdır
Bizi izləyin

Dünya

Kadırov: Onları məhv etmək lazımdır

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırav “İslam Dövləti”ni (İŞİD) şeytanlar qrupu adlandırıb.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, çeçen lider jurnalistlərə açıqlamasında İŞİD-in tərkibində vuruşmağa gedəcək istənilən şəxsi məhv etməyə söz verib.

O, İŞİD-i “İslam Dövləti” adlandırmamağı xahiş edib: “Bu şeytanlar qrupudur, hədəfi daha çox pul qazanmaqdır. Onlar Qərbin və Avropanın tapşırıqlarını yerinə yetirirlər və məqsədli şəkildə müsəlmanların qətli ilə məşğul olurlar. Onları məhv etmək lazımdır, Çeçenistan Respublikasında onların hamını məhv etdik".

Çeçenistan Respublikasının prezidenti İŞİD-in təbliğatının qarşısını almaq üçün internetin kəsilməsini təklif edib.

“Əvvəllər bizim üçün işləmək daha asan idi. İnsan məsciddə xütbə oxuyurdu, amma indi hər yerdə internet var və gənclər oradan vəhhabilərin xütbələrinə qulaq asırlar. Hər evdə internet var. Hətta mənim evimdə uşağım hər hansı xütbə ilə qarşılaşa bilər. Buna görə də bizim imamlarımız işləyirlər”, - respublika başçısı qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm