İŞİD: “Biz bura kürdlərlə döyüşmək üçün gəlmədik” - VİDEO
Bizi izləyin

Dünya

İŞİD: “Biz bura kürdlərlə döyüşmək üçün gəlmədik” - VİDEO

Terror təşkilatı İŞİD bombardman və hücumlara baxmayaraq, Kobanini ələ keçirməkdə qərarlı olduqlarını açıqlayıb.

Publika.az-ın verdiyi məlumata görə, İŞİD-ə yaxın xəbər saytında PYD gücləri ilə qarşıdurmaların davam etdiyi Kobanidən son görüntülər yayımlanıb.

Kobaninin mərkəzini ələ keçirdiklərini iddia edən İŞİD üzvləri Kobani Mədəniyyət Mərkəzi də daxil olmaqla bir çox binanı əlində saxladıqlarını bildirib.

“Arxamda gördüyünüz bu bina Kobani Mədəniyyət Mərkəzidir. İrəliləyişimiz davam edir. Biz bura kürdlərlə döyüşməyə deyil, Allahın dinini hakim etməyə gəldik. Psixoloji vəziyyətimiz yüksək səviyyədədir. Kobanini tamamilə ələ keçərənə qədər dayanmayacağıq”, - deyə İŞİD üzvləri qeyd ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm