Bərzani əmr verdi: Peşmərgə 48 saata Kobaniyə girməlidir
Bizi izləyin

Dünya

Bərzani əmr verdi: Peşmərgə 48 saata Kobaniyə girməlidir

İraqın Kürd Muxtariyyətinin rəhbər Məsud Bərzani peşmərgə silahlılarının 48 saat ərzində Kobaniyə daxil olması haqqında göstəriş verib.

Publika.az xəbər verir ki, bu barədə Əl-Cəzirə kanalı məlumat yayıb. Amma Kobaniyə göndəriləcək silahlı birləşmələrin hansı marşrutla və saylarının nə qədər olacağı barədə açıqlama verilməyib.

PYD başqanı Asya Abdullah da telekanala verdiyi müsahibəsində bu barədə onlara heç bir məlumat verilmədiyini və indiyə kimi peşmərgə silahlılarının Kobaniyə gəlmədiyini deyib.

Qeyd edək ki, peşmərgənin iki marşrut üzrə Kobaniyə daxil olacağı ehtimal olunur:

1.Silah və hərbi qüvvələr İraqın şimalındakı Zaho sərhəd məntəqəsindən Şırnakın Silopi mahalına keçəcək və İpək yolu olaraq tanınan yolla Kobaniyə daxil olacaq.

2.Silah və peşmərgə gücləri İraq-Suriya sərhədindəki Fişhabur sərhəd məntəqəsindən keçərək Suriyanın şimalındakı və PYD-nin nəzarəti altında olan Rasulayn sərhəd qapısından Şanlıurfa vilayətinin Ceylanpınar mahalına daxil olacaq, buradan isə Viranşehir yolu ilə Kobaniyə doğru hərəkət edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm